Zaqatalada avtomobilin vurduğu qadın ölüb
  • HADİSƏ

  • 19:54 22 Yanvar 2023

Zaqatalada avtomobilin vurduğu qadın ölüb

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Zaqatala şəhər Nizami küçəsində  baş verib.

Rayon sakini  Fərid Səmədov idarə etdiyi VAZ 21015 markalı minik avtomobili ilə piyada, rayonun Üçüncü Tala kənd sakini  55 yaşlı Güləsər  Əli qızı Əliyevanı vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Güləsər Əliyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR