Zaqatalada yolu keçmək istəyən 13 yaşlı qızı avtomobil vurub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 133-cü kilometrliyində, Zaqatala rayonu ərazisindən keçən hissədə baş verib.
Rayonun Yuxarı Tala kənd sakini, 1995-ci il təvəllüdlü Məftun Murtuz oğlu Cabbarov idarə etdiyi “VAZ 2103” markalı minik avtomobili ilə Zaqatala şəhərindən Balakən rayonu istiqamətində hərəkətdə olarkən yolun sağ hissəsindən sol hissəsinə keçən piyada, Zaqatala şəhər sakini, 2007-ci il təvəllüdlü Həlimə Şaban qızı Şabanovanı vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 13 yaşlı H.Şabanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. H.Şabanovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.