Zaqatalada fəhlənin qolu amputasiya olunub
  • HADİSƏ

  • 00:10 06 Avqust 2020

Zaqatalada fəhlənin qolu amputasiya olunub

Zaqatalada zavodunda işləyən fəhlənin qolu bədbəxt hadisə nəticəsində  amputasiya olunub. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala rayonu ərazisində fəaliyyət göstərən asfalt zavodunda baş verib. 

Zavodda fəhlə işləyən, Balakən rayon sakini, 1967-ci il təvəllüdlü Eldar Süleyman oğlu Dərvişzadə ehtiyatsızlıqdan sağ qolundan ağır xəsarət alıb. E.Dərvişzadə iş yoldaşlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

O, dərhal əməliyyat olunub, sağ qolu bazu hissədən amputasiya olunub. 

Faktla bağlı araşdırma aparılır. 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR