• HADİSƏ

    22:09 26 may 2019

Zaqatalada fərdi evdə yanğın olub

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, yanğın bu gün axşam saat 21:30 radələrində rayonun Aşağı Tala kəndində, kənd sakini Ramazan Şabanova məxsus ümumi sahəsi 144 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin ikinci mərtəbəsində yerləşən mətbəx və vanna otağının tavan hissəsi 12 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR