• HADİSƏ

    08:45 28 iyul 2019

Zaqatalada fərdi yaşayış evində yanğın baş verib

Zaqatala rayonunun Çobankol kəndində yanğın baş verib.

ONA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 220 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 2 otağın tavanı 60 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR