• HADİSƏ

    12:01 18 mart 2019

Zaqatalada fındıq oğruları tutulub

Zaqatala Rayon Polis Şöbəsinə Aşağı Tala kəndi ərazisindəki fındıq sexlərinin birindən 250 kiloqram fındığın oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş M.Mamayev saxlanılıb, digər 1 nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.

Polis əməkdaşları tərəfindən onların rayon ərazisində və paytaxtın Binəqədi rayonu ərazisində törətdikləri digər analoji əməllərinin də üstü açılıb.

Belə ki, onların kənd ərazisində digər fındıq sexindən 100 kiloqram fındıq ləpəsi, kənd sakininə məxsus “VAZ-2106” markalı avtomobildən videoqeydiyyat qurğusu və pul, həmçinin cari ilin fevral-mart ayları ərzində paytaxtın Binəqədi rayonu ərazisindən 3 “VAZ” markalı avtomobili qaçırmaları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR