• HADİSƏ

    14:33 6 may 2019

Zaqatalada gəlinlik mağazası yanıb

Zaqatalada gəlinlik geyimləri satan mağazada yanğın olub.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala bazarı ərazisində Quliyev Vaqif Soltan oğluna məxsus, ümumi sahəsi 60 kv.m olan gəlinlik geyimləri satan mağazada baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində salonun çardaq hissəsinin yanar konstruksiyaları 4 kv.m-lik sahədə yanıb. Salonun qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR