• HADİSƏ

    13:06 29 mart 2019

Zaqatalada həmkəndlisini silahla hədələyən şəxs tutulub

Zaqatala sakini həmkəndlisini silahla hədələyib.

Daxili İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinə müraciət edən Aşağı Çardaxlar kənd sakini Ş.Mamayev martın 28-də kənd ərazisində qonşusu F.Qurbanovun onu ov tüfəngi ilə hədələdiyini bildirib.

Polis əməkdaşlarının müraciətlə əlaqədar keçirdikləri tədbirlərlə F.Qurbanov saxlanılıb. Saxlanılarkən onun sərxoş halda olması müəyyən edilib. F.Qurbanovun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR