• HADİSƏ

    04:52 31 avqust 2020

Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə avqustun 30-da axşam saat 21:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

“VAZ 2106” və “VAZ 21099” markalı iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər rayon sakini - 1952-ci il təvəllüdlü Şamsu Məhəmməd qızı Orucova və 1992-ci il təvəllüdlü Emil Nadir oğlu Hacıəhmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan Ş.Orucovanın müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. E.Hacıəhmədovun xəsarəti yüngül olduğundan lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR