Zaqatalada iki mikroavtobus toqquşub, xəsarət alanlar var
  • HADİSƏ

  • 02:12 16 Avqust 2020

Zaqatalada iki mikroavtobus toqquşub, xəsarət alanlar var

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 118-ci kilometrliyində, Zaqatala rayonunun Qımır kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Zaqatala  rayon sakini, 1960-cı il təvəllüdlü Qarakişi Heybulla oğlu Qarakişiyevin idarə etdiyin “Mercedes Bens – 208D” markalı, 10 XX 698 dövlət nömrə nişanlı mikroavtobus Qax rayon istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə hərəkətdə olan,  Ağcabədi rayon sakini, 1959-cu il təvəllüdlü Şirin Əli oğlu Bayramovun idarə etdiyi “Mercedes Bens 311” markalı 90 ME 064 dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşub. 

Qəza zamanı Şirin Bayramovun idarə etdiyi mikroavtobusda olan sərnişinlərdən Ağcabədi rayon sakinləri - 1961-ci il təvəllüdlü Nəzakət Cəmil qızı Zalova və 1967-ci il təvəllüdlü Tərlan Əsgər qızı Mirzəyeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. N.Zalovanın müalicəsi reanimasiya, T.Mirzəyevanın müalicəsi isə cərrahiyyə şöbəsində aparılır. 

Faktla bağlı araşdırma aparılır. 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR