• HADİSƏ

    10:46 1 aprel 2019

Zaqatalada istirahət mərkəzi yanıb

Zaqatalada istirahət mərkəzində yanğın olub.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 08:50 radələrində Zaqatala rayonu, Car kəndində qeydə alınıb. Sahibkar Hacıbəy Zaqatalskiyə məxsus “Ləzzət” ailəvi istirahət mərkəzində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində istirahət mərkəzinin ümumi sahəsi 66 kv/m olan kabinetlərdən birinin çardaq hissəsinin 22 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR