• HADİSƏ

    12:05 30 mart 2019

Zaqatalada istirahət mərkəzində yanğın olub - VİDEO

Zaqatalada istirahət mərkəzində yanğın olub.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 10:30 radələrində rayonun Yuxarı Tala kəndi ərazisindəki Murad Mehdi oğlu Əliyevə məxsus “Manqal” istirahət mərkəzində qeydə alınıb. Yanğın istirahət mərkəzinin mətbəxində meydana gəlib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın söndürülüb, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR