• HADİSƏ

    02:10 19 iyul 2020

Zaqatalada kişini avtomobil vuraraq öldüb


Zaqatalanın Çobankol kəndində axşam saat 21:30-da piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Çobankol kənd sakini, 1976-cı il təvəllüdlü Şaban Murtuzəli oğlu Atayev “VAZ 21015” markalı minik avtomobili tərəfindən vurulub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ş.Atayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanaya daxil olduqdan bir qədər sonra həkimlərin səyinə baxmayaraq, Ş.Atayev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR