• HADİSƏ

    10:59 22 fevral 2019

Zaqatalada magistral qaz kəmərində qəza baş verib

Yevlax-Balakən magistral qaz kəmərində qəza baş verib.

ONA-nın şimal-qərb bürosunun verdiyi məlumata görə, fevralın 21-i axşam saat 19 radələrindən heç bir xəbərdarlıq edilmədən Zaqatala və Balakən rayonlarına təbii qazın verilişi dayandırılıb. Buna Yevlax-Balakən magistral qaz kəmərinin Zaqatala rayonu ərazisindən keçən hissəsində qaz sızmasının baş verməsi səbəb olub.

Magistral qaz kəmərində aparılan təmir işləri səhər saatlarında başa çatıb.

Bu gün saat 10:30-dan bölgəyə təbii qazın verilişi bərpa edilib.

Vüqar Heydərov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR