• HADİSƏ

    23:43 29 iyul 2019

Zaqatalada ictimai qaydanı pozan şəxs həbs edilib

Zaqatala rayonunda vəzifəli şəxsin oğlu həbs edilib.

APA-nın məlumatına görə, rayon sakini Seymur Hüseynov ictimai yerdə nalayiq ifadələr işlətdiyinə görə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Zaqatala Rayon Məhkəməsinin qərarı ilə S.Hüseynova 20 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, S.Hüseynov “Azərsu” ASC-nin Zaqatala su-kanal sahəsinin rəisi Samir Hüseynovun oğludur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR