• HADİSƏ

    00:17 29 mart 2021

Zaqatalada müharibə iştirakçısı olan iki qardaş qəzada xəsarət alıb

Zaqatalada Vətən müharibəsi iştirakçısı olan iki qardaş yol qəzasına düşüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kəndi ərazisində baş verib.

Nail İsmayılovun idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub. Qəza zamanı “VAZ 2106” markalı avtomobildə olan Zaqatalanın Çobankol kənd sakinləri – 1994-cü il təvəllüdlü Abdulsəməd Elxan oğlu Mahmudov və 1999-cu il təvəllüdlü Abdulhəmid Elxan oğlu Mahmudov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qardaşlardan Abdulsəmədə qapalı kəllə-beyin travması, Abdulhəmidə isə sağ ayağının travması diaqnozu qoyulub.

Qeyd edək ki, Abdulsəməd və Abdulhəmid Mahmudov qardaşları Vətən müharibəsi iştirakçılarıdır.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR