Zaqatalada 35 yaşlı qadın qaynı tərəfindən döyülüb.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Qandax kənd sakini,
1984-cü il təvəllüdlü Esmira Şirin qızı Bayramova bədənin müxtəlif nahiyyələrinin
küt travması xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan ONA-ya bildirilib ki, müayinə zamanı E.Bayramova qaynı
tərəfindən döyüldüyünü bildirib.
E.Bayramovanın müalicəsi xəstəxananın travmatologiya şöbəsində aparılır.
Faktla bağlı araşdırma aparılır.