Zaqatalada avtomobil qəzasında üç nəfər xəsarət alıb
  • HADİSƏ

  • 08:29 06 May 2019

Zaqatalada avtomobil qəzasında üç nəfər xəsarət alıb

Zaqatala rayonunda baş verən yol-nəqliyyat qəzasında üç nəfər xəsarət alıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə mayın 5-dən 6-a keçən
gecə Zaqatala şəhər ərazisində baş verib. 

“Mersedes” markalı və “VAZ 21099” markalı iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər, 1988-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Elmar Ramazan oğlu Ramazanlı, 1988-ci il təvəllüdlü, Car kənd sakini Rəşad Həbibullah oğlu Abdulayev və 1991-ci il təvəllüdlü Axaxdərə kənd sakini Hacıömər İbrahim oğlu Abdullayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Tibb müəssəsindən ONA-ya bildirilib ki, yaralılardan H.Abdullayevin müalicəsi
xəstəxanada davam etdirilir. 

Digər yaralılar, R.Abdullayev və E.Ramazanlının xəsarətləri yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Vüqar Heydərov

Teqlər:

OXŞAR XƏBƏRLƏR