Zəhranın atası: "Çox güman ki, qaraçılar qaçırıb qızımı"
  • HADİSƏ

  • 16:01 06 İyun 2019

Zəhranın atası: "Çox güman ki, qaraçılar qaçırıb qızımı"

“Polis əməkdaşlarına və mediaya təşəkkür edirəm”.

Bunu 2 gündür itkin düşən və bu gün tapılan 3 yaşlı Zəhranın atası Rəsul Bağırzadə APA-ya açıqlamasında deyib.

Ata qızının tapılmasına zhməti olanlardan hallalıq istəyib: “Bu bayram günü Allah balamı mənə qaytardı. Qızımın tapılmasında kimin əziyyəti varsa, halal etsin. Azərbaycan polisinə yüz faiz güvənmək olar. Eləcə də, mətbuat işçiləri çox əziyyət çəkdilər”.

R. Bağırzadə Zəhranı polis əməkdaşlarının tapdığını deyib: "Çox güman ki, qaraçılar qaçırıb uşağı. Hazırda istintaq gedir. Nəticə barədə məlumat veriləcək”.

Uşağın anası Cəmilə Bağırzadə də hamıya təşəkkür edib: “Allah hamıdan razı olsun. Allahıma min şükürlər olsun ki, balam tapıldı”.

OXŞAR XƏBƏRLƏR