Zərdab rayon sakinindən sənədləri olmayan odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gödəkqobu kənd sakini A.Əliyevin evindən müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.