• HADİSƏ

    16:48 21 mart 2019

Zərdabda oğurluq edən qardaş və qonşu saxlanılıb

Zərdabda iki oğuluq hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisələrdən biri rayon mərkəzində, digəri rayonun Məlikli kəndində baş verib.

Zərdab rayon sakini Mehriban Rəsulova Zərdab Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək evindən 9850 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Dərhal Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-tədbirləri nəticəsində müəyyən edilib ki, oğurluğu zərərçəkənin qonşusu İsmayılzadə Azad Ağaisa oğlu törədib. Polis əməkdaşları tərəfindən qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb və təqsirləndirilən Azad İsmayılzadənin digər analoji cinayət törədib-törətməməsi araşdırılır.

Bundan başqa, martın 20 –də Zərdab rayon Məlikli kənd sakini Cavanşir Teymurlu Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng açaraq qardaşının evindən 2000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Məlumatla əlaqədar Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı Cahangir Teymurlu saxlanılıb. Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaqı davam etdirilir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR