• HADİSƏ

    12:17 13 may 2019

Ziya Bünyadov prospektində avtomobil piyadanı vuraraq öldürüb

Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, mayın 12-də saat 3 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Gəncə şəhər sakini T.Niyazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rafael Nəbizadəni vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR