• HADİSƏ

    22:50 23 aprel 2019

Ziya Bünyadov prospektində qəza tıxaca səbəb olub - FOTO - VİDEO

Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

ONA xəbər verir ki, qəza Ziya Bünyadov prospektinin Nərimanov rayonundan keçən hissəsindəki tuneldə olub.

Fərid Şirəliyevin idarə etdiyi “Shacman” markalı yük avtomobili yol ayrıcı betonuna çırpılıb.

Qəza nəticəsində yük maşınının daşıdığı çınqıl yola dağılıb. Hadisə yolun hər iki istiqamətində tıxaca səbəb olub.

Sürücünün ONA-ya verdiyi məlumata görə, avtomobilin əyləc sistemində problem yaranıb və o idarəetməni itirib.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Aytən

Teqlər:

SON XƏBƏRLƏR