• HADİSƏ

    11:17 26 fevral 2019

Ziya Məmmədovun qardaşı oğlu DİN-in idarə rəisinin müavini vəzifəsindən azad edilib

Daxili İşlər Nazirliyinin (DİN) yüksək rütbəli əməkdaşı işdən çıxarılıb.

ONA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Fuad Məmmədli tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Qeyd edək ki, Fuad Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

Nurlan Əli

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR