• HADİSƏ

    01:26 1 fevral 2020

Ziya Bünyadov prospektində 3 avtomobil toqquşub - FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.

"Chevrolet Camaro" markalı avtomobil metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan zaman "Kia Sportage" markalı minik maşını ilə toqquşub, daha sonra səkiyə çırpılıb. Hadisə zamanı "Hyundai Elantra" markalı avtomobilə də yüngül ziyan dəyib.

Avtoqəzadan sonra prospektdə uzun tıxac yaranıb.

Yol qəzasının təfərrüatları araşdırılır. İlkin olaraq qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR