Nəsimi Rayon Məhkəməsində xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq etməkdə təqsirləndirilən Əntiqə Şirinovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
ONA-nın xəbərinə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 25-nə təyin edilib.
Qeyd edək ki, Ə. Şirinova Z. Xanbabayevanın evindən qızıl-zinət əşyaları və pul oğurlaqda ittiham edilir. Onun barəsində cinayət işi Z. Xanbabayevanın şikayətindən sonra başlanılıb.