Mingəçevirdə "Açıq qapı" günü həm də Novruz ab-havası ilə yadda qalıb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, "Açıq qapı" günü münasibətilə çox sayda valideyn və ictimaiyyət fəalları əsgərlərlə görüşüb. Mingəçevir şəhər İcra Hakimiyyəti, Qarabağ müharibəsi veteranları və digər ictimaiyyət təmsilşiləri də onların arasında yer alıb.
Novruz bayramı münasibəti ilə hərbçilərə bayram sovqatları təqdim edən qonaqlar, həm də mədəniyyət xadimləri və təhsil şöbəsinin özfəaliyyət qrupunun iştirakı ilə hərbi hissədə bayram şənliyi keçirib.
Hərbi hissənin komandiri, polkovnik-leytenant Cərullah Ağayev hərbi hissənin şəxsi heyətini və qonaqları milli bayram münasibətilə təbrik edib.
Tədbir boyu mahnılar, rəqslər və bayram təbrikləri bir-birini əvəz edib.
Ehtiram Muradov