Sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub.
ONA xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb. Məlumata görə, bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.