ABŞ-ın Dövlət Departamentinin dəstəyi ilə Amerikanın Marşal İrsi İnstitutu (“Marshall Legacy Institute” – MLI) ilə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) arasındakı əməkdaşlıq çərçivəsində MLI Azərbaycanda aparılan minatəmizləmə proqramına minaaxtaran itlərin hədiyyə edilməsi ilə dəstək verməkdədir.
Agentlikdən ONA-ya verilən məlumata görə, 2005-ci ildən bu günədək MLI 31 baş minaaxtaran iti ANAMA-ya pay verib. Cari ilin 29 may tarixində əlavə 4 baş Belçika ovçarkası (Malinua) ölkəyə gətirilib. Hazırda minaaxtaran itlər ANAMA-nın Füzuli rayonunda yerləşən minaaxtaran itlər təlim mərkəzində saxlanılır.
Beləliklə, Agentlikdə 52 minaaxtaran it mövcuddur ki, onlardan 38-i əməliyyatlarda iştirak edir.