“Demək olar ki, bütün ərazi minalanıb. Müxtəlif tipli minalar pərakəndə şəkildə basdırılıb. Artıq beynəlxalq səviyyədə məsələ qaldırılıb ki, Ermənistan minalanmış ərazilərin xəritələrini bizə versin. Verilmədiyinə görə ərazidə olan minaların yeri və sayı bilinmir. Bilinən odur ki, əllərinə hansı mina düşübsə, basdırıblar”.
APA-nın Füzuli rayonunda minatəmizləmə əməliyyatını izləyən əməkdaşının məlumatına görə, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati Mərkəzinin əməliyyatlar üzrə mütəxəssisi Azər Hüseynov deyib.
A. Hüseynov bildirib ki, ərazidə basdırılan çoxu Rusiya istehsalıdır: “Ermənistan istehsalı olan piyada əleyhinə minalar da var, tapılıb, çıxarılır”.