Azərbaycan Respublikasının Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 70 əməliyyatçısı Türkiyə-İran sərhədində minatəmizləmə əməliyyatlarında iştirak edib.
Bu barədə ONA-ya ANAMA-nın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səbinə Sərkərova məlumat verib.
O qeyd edib ki, həyata keçirilmiş əməliyyatlar nəticəsində 10,5 ha ərazi təmizlənib, 3287 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.