Təlimdə iştirak edəcək Azərbaycan hərbi helikopterləri Türkiyədədir
  • HƏRBİ

  • 10:59 13 May 2019

Təlimdə iştirak edəcək Azərbaycan hərbi helikopterləri Türkiyədədir

“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri Konya şəhərinə çatıb.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, hərbi pilotlarımız plana uyğun olaraq bu gündən təlimə hazırlıq məşqlərinə başlayacaq.

Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 Mi-35 və 2 Mi-17 helikopteri iştirak edir.

OXŞAR XƏBƏRLƏR