Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimləri sona çatıb.
Müdafiə Nazirliyindən ONA-ya verilən məlumata görə, təlimlərin bağlanış mərasimində Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler iştirak ediblər.
Türkiyə ordusunun rəhbərliyi təlimlərdə iştirak edən Azərbaycan heyəti ilə də görüşərək onlara sertifikatlar təqdim edib.
Qeyd edək ki, beynəlxalq təlimlərdə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60 yaxın şəxsi heyəti iştirak edib.