• HƏRBİ

    18:52 27 mart 2019

Arif Babayev “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri, polkovnik Arif Babayev “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

ONA xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamda Arif Babayevin də adı var.

Qeyd edək ki, martın 28-də Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyidir.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR