• HƏRBİ

    17:50 3 aprel 2019

Arzu Rəhimov: “Xidmətə yola salınan hər bir çağırışçının arzusu düşməni məhv etməkdir"

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən hərbi xidmətə yola salınan hər bir çağırışçının arzusu düşməni məhv etməkdir".

ONA-nın xəbərinə görə, bunu Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.

O bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgəri istənilən qələbəni əldə etməyə qadirdir.

Dövlətin hərbi sahəyə ayırdığı vəsaitin artırıldığını vurğulayan A. Rəhimov bildirib ki, Azərbaycanda aprel zəfərinin ildönümü qeyd olunur: "Aprel zəfəri tarixə düşdü. Bu, əks həmlə döyüşləri idi. Rəşadətli Azərbaycan Ordusu qoşunların təmas xəttində erməni silahlı bölmələrinin təxribatına layiqli cavab verildi. Aprel zəfəri bütün dünyaya Azərbaycanın qələbə əzmini göstərdi".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR