• HƏRBİ

    15:54 31 avqust 2022

Avqustun 15-dən Laçında 1318 ədəd PMN-Э növlü minalar aşkar edilib - BİRGƏ BƏYANAT

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (MN) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) birgə bəyənat yayıb.

ONA MN-in saytına istinadən xəbər verir ki, bəyanatda bildirilib ki, Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə minalar aşkarlanır.
Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən cari ilin 15 avqust tarixindən 31 avqust tarixinədək 1318 ədəd PMN-Э növlü minalar aşkar edilib.
Aşkar olunan minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır.
Qeyd edilib ki, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.
Həmçinin, Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir.
Ermənistanın basdırdığı piyada əleyhinə mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür. Bütün bunlar regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir. Bununla isə Ermənistan düşmənçilik niyyətini bir daha sübut edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR