• HƏRBİ

    15:22 1 dekabr 2023

Azad edilmiş ərazilərdə ötən ay 475 mina, 4106 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat (01.11.2023 – 30.11.2023) açıqlanıb.

ONA ANAMA-ya istinadən xəbər verir ki, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Xocalı, Cəbrayıl və Zəngilanda 228 piyada əleyhinə mina, 247 tank əleyhinə mina, 4106 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 7143 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR