• HƏRBİ

    11:05 12 avqust 2022

Azad olunan ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. Xəbərə görə, çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Dəqiqləşdirilmiş döyüş mövqelərində xidmət edən hərbi qulluqçularımız istənilən təxribatın qarşısını almağa hər an hazırdırlar", - MN-dən bildirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR