• HƏRBİ

    13:59 4 aprel 2019

Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi layihələrini qorumaq üçün birgə planlar hazırlanıb

“Biz Gürcüstanla bir regiondayıq, ən böyük iqtisadi layihələrimiz Gürcüstan üzərindən keçməklə icra edilir. Təbii ki, bu layihələrin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək lazımdır”.

ONA-nın məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində bildirib. Müdafiə naziri qeyd edib ki, bu layihələri müdafiə etmək üçün ikitərəfli və Türkiyə də daxil olmaqla, üçtərəfli planlar var: “Mən gizlətmirəm, bizim komanda-qərargah təlimlərimiz keçirilir. Həm də biz üçtərəfli qaydada bu təlimləri təkmilləşdiririk. Biz bu yaxınlarda əsgərləri də cəlb etməklə bir dəfə təlim keçirdik və qərara gəldik ki, daha çox əsgəri gücü bu təlimlərə cəlb edək”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR