• HƏRBİ

    13:12 5 fevral 2020

Azərbaycan hərbçiləri 9 mayda Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək.

ONA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilib. Məlumata görə, təntənəli mərasimdə ölkəmizi Azərbaycan Ordusunun bayraqdarları və 75 hərbi qulluqçudan ibarət heyəti təmsil edəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR