• HƏRBİ

    18:30 24 sentyabr 2019

Azərbaycan hərbçiləri Almaniyada keçirilən təlimdə növbəti tapşırıqları icra ediblər

Almaniyanın “Hohenfels” təlim mərkəzində davam edən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları növbəti mərhələdə tapşırıqları icra ediblər.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, hərbçilərimiz NATO-nun üzv və tərəfdaş ölkələrinin nümayəndələri ilə birgə təlim çərçivəsində keçirilən əməliyyatlar, bölmələrin qarşılıqlı fəaliyyəti və digər tapşırıqları yerinə yetirirlər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR