Azərbaycan hərbçiləri ermənilərə Gülablıdan çıxmağa yardım edib - [color=red]VİDEO[/color]
  • HƏRBİ

  • 14:43 24 Noyabr 2020

Azərbaycan hərbçiləri ermənilərə Gülablıdan çıxmağa yardım edib - VİDEO

1993-cü il iyulun 23-də Ağdamın işğal olunmasından sonra bu şəhərdə yaşamağa başlayan ermənilər bu il noyabrın 20-dək Abdal Gülablı kəndindən çıxmayıb.

APA xəbər verir ki, noyabrın 20-də kəndə daxil olan Azərbaycan hərbçiləri kəndin boşaldılmadığının şahidi olublar. Bundan sonra ermənilər Azərbaycan Ordusunun əsgərlərinin müşayiəti və yardımı ilə kənddən rahat şəkildə çıxıblar.

Kəndin boşaldılması zamanı çəkilən videolardan görünür ki, Gülablı kəndində məskunlaşmış ermənilər qalan əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərinə müraciət edirlər. Hərbçilərimiz də onlara yardım edir.

Buradan Azərbaycan hərbçilərinin yüksək peşəkarlığı, insaniyyəti, humanistliyi, insanpərvərliyi aydın sezilir. Məlum olur ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı pis davranmayıb, əksinə yardım göstərib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR