Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi paradı izləyib.
Müdafiə Nazirliyindən ONA-ya verilən məlumata görə, paradda fəxri qonaq qismində müdafiə naziri, general-polkovnik Zakir Həsənov iştirak edib.
Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.