Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşı Türkiyədə təlimlərdə iştirak edir.
APA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində məlumat yayıb.
“Hava Qüvvələri personalımız tərəfindən qardaş Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşına Yaxın Hava Dəstəyi fəaliyyətləri çərçivəsində Qabaqcıl Hava Nəzarətçisi təlimləri keçirilir”, - deyə məlumatda qeyd olunub.