• HƏRBİ

    15:45 19 dekabr 2023

Azərbaycan Hərbi Hava Qüvvələrində PUA-ların təlim-məşq uçuşları icra edilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.

ONA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunaraq dəqiq aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.
Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR