• HƏRBİ

    13:31 1 aprel 2019

Azərbaycan HHMQ-nın taktiki-xüsusi məşğələləri keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Hava Hücumundan Müdafiə Qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə. məşğələlər zamanı zenit-raket komplekslərinin divizionları mövqe rayonlarına marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra ediblər.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR