• HƏRBİ

    09:59 2 oktyabr 2020

Azərbaycan MN: Ağdamın kəndləri atəşə tutulub, ölən və yaralananlar var

Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, mülki əhali arasında ölən və yaralananlar var.

"Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək", - məlumatda bildirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR