• HƏRBİ

    10:05 7 oktyabr 2020

Azərbaycan MN: Düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir

"Düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir".

ONA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur: "Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir birinə atəş açılıb, ölən və yaralananlar var".

ONA

Teqlər:

SON XƏBƏRLƏR