Azərbaycan MN: Düşmənin daha iki tankı məhv edilib - [color=red]VİDEO[/color]
  • HƏRBİ

  • 13:24 28 Sentyabr 2020

Azərbaycan MN: Düşmənin daha iki tankı məhv edilib - VİDEO

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ordumuzun apardığı əks-hücum əməliyyatları davam edir.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.
Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

Təqdim edilən videoda bir az əvvəl iki ədəd düşmən  tankının məhv edilməsi anı əks olunub.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR