• HƏRBİ

    12:14 1 oktyabr 2020

Azərbaycan MN: Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşib

Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.

ONA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir.

Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə çatdırmaqdan imtina edirlər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR